SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanı koronavirus pandemiyası səbəbindən 6 aydır dayandırdığı ümrə ziyarətlərini mərhələli şəkildə başlatmaq üçün hazırlıqlar görür.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, ilk mərhələdə yerli zəvvarlar üçün ziyarətə icazə veriləcək.

Ziyarət etmək istəyənlər müvafiq idarələrdən icazə almalı və koronavirus keçirmədiyinə dair sənədi təqdim etməlidirlər.

Növbəti mərhələdə isə digər ölkələrdən də zəvvar qəbulu planlaşdırılır.

BAKU.WS