SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın “Bad Balance” rep qrupunun keçmiş üzvü Kuper ləqəbli Roman Alekseyev faciəvi şəkildə vəfat edib.

BAKU.WS Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə qrupun təsisçisi Vlad Valov İnstaqram səhifəsində məlumat verib.

O bildirib ki, 43 yaşlı musiqiçi öz mənzilində baş verən yanğın zamanı anası Lyudmila xanımla birlikdə həlak olub.

Hadisə mayın 23-də Sankt-Peterburqun Vıborq rayonunda olub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Kuper "Piter, mən səninəm" hiti ilə məşhur idi. Sözügedən repi aşağıda təqdim edirik:

BAKU.WS
VİDEO