SİZİN REKLAM BURADA!
055 213 76 73


TV8 kanalının sahibi, məşhur teleaparıcı Acun Ilıcalı CNN Türk-ün suallarını cavablayıb.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, gələcək planlarından danışan Acun “Avropada bir klub ala bilərəm” deyə bildirib:

“İdman kanalı açmağı düşünmürəm. Çünki işlərimiz zatən gərgindir. Bunun gərginliyini qaldıra bilirəm. Amma idman sahəsindəki gərginlik bundan 10 qat daha çox olacaq. Əgər Türkiyədə futbolda olan neqativ təsirlər azalarsa, bu barədə düşünə bilərəm. Bundan başqa, “Fənərbağça” və “Ərzurumspor” nə istəyərsə, edərəm. Gələcəkdə isə Avropada yaxşı bir liqadan klub ala bilərəm”.

Fanatik “Fənərbağça” azarkeşi olan Acun bu klub haqqında verilən suallara belə cavab verib:

“Mən bu kluba kimisə gətirərəm deyə bilmərəm. Məsut Özilin “Arsenal”la hələ 1 il müqaviləsi var. Müqaviləsi bitəndən sonra ən optimal seçim “Fənərbağça” olacaqdır. Bu məsələdə əlimdən gələni də edərəm”.

BAKU.WS