SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Antalya şəhərində 4 aylıq körpə polis tərəfindən xilas edilib.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, 27 yaşlı E.Ş daha öncə birlikdə yaşadığı 19 yaşlı R.Ç-dən olan uşağını görmək üçün qadının evinə gedib.

Qadın uşağı vermək istəməyincə kişi şiddətə əl atıb. O, qadını döyərək uşağı əlindən alıb və oradan uzaqlaşıb. Hadisə barədə məlumat alan polislər qısa müddətdə əraziyə gediblər.

E.Ş əlindəki bıçağı körpənin boğazına dirəyərək polislərin oradan uzaqlaşmasını, əks halda uşağın boğazını kəsəcəyini deyib. Uzun danışıqlara baxmayaraq fikrindən dönməyən E.Ş ayağından vurularaq zərərsizləşdirilib. Körpə isə xilas edilərək anasına təhvil verilib.

Yaralanan şəxs xəstəxanaya yerləşdirilib. O, müalicədən sonra həbsxanaya göndəriləcək.

BAKU.WS
VİDEO

QALEREYA