SİZİN REKLAM BURADA!
055 213 76 73


Argentina hökuməti yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkədə karantin rejiminin müddətini mayın 10-dək uzadıb.

BAKU.WS "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Argentina prezidenti Alberto Fernandesin administrasiyasının mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, ölkə sakinləri gün ərzində 1 saat yaşadıqları ünvandan 500 metrdən uzaq olmamaq şərti ilə gəzmək imkanına sahibdirlər.

Bildirilir ki, iqtisadi fəaliyyət baxımından 500 mindən çox əhalisi olan şəhərlərdə karantin rejimi əvvəlki şərtlər üzrə davam edəcək, kiçik şəhərlərdə isə karantinin şərtləri yumşaldıla bilər.

BAKU.WS