84 miqrant üzərək Mərakeşdən İspaniyaya keçdi
Mərakeşdən İspaniyanın Şimali Afrikadakı Seuta anklavına üzərək keçməyə çalışan 84 miqrant qeydə alınıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, onların arasında 54 uşaq da olub. Bəzi şəxslər sahil mühafizəçiləri tərəfindən xilas edilsə də, əksəriyyəti öz gücü ilə sahilə çıxmağı bacarıb.
Miqrantlar müvəqqəti sığınacaq mərkəzlərinə yerləşdirilib. Artan miqrasiya təzyiqi səbəbilə Seuta rəhbərliyi İspaniya hökumətindən dəstək istəyib.
Qeyd edək ki, Seuta və Melilya Avropa İttifaqının Afrikadakı quru sərhədləridir. Bu bölgələrdə miqrantların keçmək cəhdləri tez-tez yaşanır.
İspaniyada bəzi hallarda miqrantlar ölkələrinə geri qaytarılır, digərləri isə müvəqqəti mərkəzlərdən sonra sərbəst buraxılır. Ölkədə qeyri-qanuni miqrantlara qanuni status verilməsi və miqrasiya siyasəti isə cəmiyyətdə fərqli reaksiyalar doğurur.
Oxşar xəbərlər
Netanyahu: İsraillə Livan arasında sülhün bərqərar edilməsi üçün tarixi imkan yaranıb
İsrailin Livanla sülh müqaviləsi bağlamaq üçün tarixi imkanı yaranıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanya...