SİZİN REKLAM BURADA!
055 213 76 73


İtaliyada koronavirus qurbanlarının sayı gün ərzində rekord həddə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə xarici mətbuatda qeyd edilib.

Bildirilənlərə görə, İtaliyada son sutka ərzində koronavirusdan 627 nəfər ölüb.

Gün ərzində COVİD-19 infeksiyasına yolaxanların sayı isə 5986 nəfər olub.

İtaliyanın Mülki müdafiə departamentinin müdiri Ancelo Borrelli yerli mətbuata açıqlamasında bildirib ki, ölkədə ümumilikdə virusa yoluxanların sayı 47 min nəfəri ötüb.

Xəstəlikdən sağalanların sayı isə 5 min nəfərdən çoxdur.

Qeyd edilir ki, İtaliyada koronavirusdan ölənlərin sayının çoxluğundan onlara tabut çatdırmaq mümkün deyil.

BAKU.WS