SİZİN REKLAM BURADA!
055 213 76 73


İtaliyada yeni növ koronavirusdan ölənlərin sayı 427 nəfər artaraq 3405 nəfərə çatıb.

BAKU.WS xarici KIV-lərə istinadən xəbər verir ki, bunu Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli deyib. Yeni məlumat onu göstərir ki, İtaliyada ölüm halları Çində qeydiyyata alınandan (3245) çoxdur. “Sağalanların sayı 4440-a çatıb, yoluxanların sayı 4480 nəfər artaraq 33190 nəfər olub”, - deyə A.Borrelli bildirib.

Sağalanlar və ölənlər də daxil olmaqla İtaliyada koronavirusa ümumilikdə 41 mindən çox insan yoluxub.

Yeni növ koronavirusa yoluxma 2019-cu ilin sonunda Mərkəzi Çində qeydə alınıb, sonralar 140-dan çox ölkəyə yayılıb və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi tanınıb. Son məlumata görə, dünyada koronavirusa 210 mindən çox insan yoluxub, 8,5 mindən çox insan bu xəstəlikdən ölüb.

BAKU.WS