SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur çinli biznesmen, “Alibaba” şirkətinin sahibi Cek Ma ABŞ-a 500 min ədəd koronavirus test cihazı və 1 milyon ədəd maska hədiyyə edib.

BAKU.WS “İndependent Türkçə”yə istinadən xəbər verir ki, daha öncə Yaponiya, Cənubi Koreya, İtaliya, İran və İspaniyaya da yardım göndərən Cek Ma bunları yazıb:

“Öz ölkəmin təcrübəsindən bilirəm ki, sürətli və doğru test prosesi ilə yanaşı şəxsi qoruyucu vasitələr də virusun yayılmasının qarşısını almaqda ən effektiv yoldur. Ümid edirəm ki, göndərdiyimiz vasitələr virusla mübarizədə amerikalılara kömək olacaq.

Böhran qloballaşan dünyada bütün insanlıq üçün çətinlik təşkil edir. Bu gün qarşı-qarşıya qaldığımız pandemiyanı artıq heç bir ölkə təkbaşına aradan qaldıra bilməz. Buna görə virusla birlikdə mübarizə aparmalıyıq. Birlikdə ayaq üstəyik, ayrılsaq yıxılarıq”.

Qeyd edək ki, “Alibaba” şirkəti ötən ay Çindəki şirkətlərə ümumilikdə 2,86 milyard dollar kredit verəcəyini açıqlamışdı. Bildirilmişdi ki, 1 illik nəzərdə tutulan kreditin 3 ayı faizsiz olacaq. Yerdə qalan məbləğə isə 20 faiz endirim ediləcək.

BAKU.WS
QALEREYA