SİZİN REKLAM BURADA!
055 213 76 73


İtaliyada yeni tip koronavirus (Covid-19) səbəbindən ölənlərin sayı 133 nəfər artaraq 366-ya yüksəldi.

BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, yeni tip koronavirus dövlət məmurları arasında da yayılmağa başlayıb. Ötən gün iqtidarda təmsil olunan Demokratik Partiya lideri Nikola Zingarettinin virusa yoluxması xəbərindən sonra Quru Qoşunları Komandanı Piyomont bölgəsinin idarəedicisində də koronavirus aşkarlanıb.

İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Quru Qoşunları Komandanı Salvatore Farina öz kabinetində özünü karatin altına alıb. Piyemonte bölgəsi idarəedicisi Alberto Cirio koronavirus testinin pozitiv çıxdığını və öz evində özünü karantinə aldığını bildirib.

İtaliya mətbuatı Modena şəhərindəki həbsxanada məhkumlar arasında iğtişaş yaşandığı məlumatını yayıb. Məhkumlar koronavirusa qarşı həbsxanada tədbirlər alınmasını tələb edirlər. Frosinone həbsxanası məhkumları da eyni tələblə həbsxana divarlarını aşmağa cəhd göstəriblər.

Papa Fransisk bazar günü duasında koronavirusa yoluxanlara şəfa diləyib. Virusun yayılmasının qarşısını almaq məqsədilə Vatikan muzeyinin aprelin 4-dək qapadılmasına qərar verilib.

BAKU.WS