SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya və Türkiyə prezidentləri 3 saat təkbətək görüş keçiriblər.

BAKU.WS xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. O deyib ki, prezidentlərin 3 saat davam edən təkbətək görüşündən sonra nümayəndə heyətləri onlara qoşulublar.
Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın martın 5-də Moskvada görüşü yerli vaxtla saat 14:06-da başlayıb. Görüşün əsas mövzusu Suriyanın İdlib bölgəsində vəziyyətin sabitləşməsidir.

Dövlət başçıları təkbətək görüşdən sonra mətbuat konfransı keçiriblər.

Açıqlama zamanı bildirilib ki, dövlətlər arasında anlaşma əldə olunub və bu gecədən etibarən İdlibdə atəşkəs qüvvəyə minəcək.

Hər iki prezident qeyd edib ki, Suriya məsələsində fikir ayrılıqları olsa da, ortaq yol tapmağa çalışırlar və terrora qarşı birlikdə mübarizə aparırlar. Onların hər ikisi Suriyanın ərazi bütövlüyünü dəstəkləyirlər.

BAKU.WS