SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya Bankı yeni növ koronavirusa (COVID-19) qarşı mübarizə üçün inkişaf etməkdə olan ölkələrə 12 milyard dollar yardım ayırıb. 

BAKU.WS xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Ayrılan məbləğ xəstəliyin profilaktikası, müalicəsi və monitorinqi, lazımi məlumatların toplanması, həmçinin tibbi heyətin hazırlanmasına yönləndiriləcək.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Koronavirusdan qorunmaq və xəstəliyin yayılmasının qarşısını bu yolla almaq olar:

Hər kəs üçün fərdi qorunma qaydaları - aşağıdakı qaydalara riayət etməklə sağlamlığınızı və başqalarının sağlamlığını qoruya bilərsiniz.

  • Əllərinizə mütəmadi spirt əsaslı məhsullar vurun və ya sabunla yuyun. Əllərin səthində hər hansı virus varsa, spirt tərkibli məhluldan istifadə və ya sabunla yumaq onu öldürəcək.
  • Öskürən və ya asqıran insanlardan ən azı bir metr məsafədə dayanın. Burun və ya ağızdan öskürək və ya asqırma zamanı virusun ən kiçik damcıları ətrafa yayılır. Belə bir insana çox yaxın olmaq bu damcılar vasitəsilə virusa yoluxmağa səbəb ola bilər.
  • Mümkün qədər əllərinizlə gözləriniz, burnunuz və ağzınıza toxunmayın. Əllər bir çox səthə toxunur və virus onlara çata bilər. Əllərdə olan virus isə göz, burun və ya ağıza düşə bilər. Bədənin bu hissələrindən virus orqanizmə daxil ola bilər və xəstəlik yarana bilər. 
  • Hər bir şəxs tənəffüs gigiyena qaydalarına ciddi əməl etməlidir. Bunu etmək üçün öskürəndə və ya asqıranda ağzınızı və ya burnunuzu dirsəyinizə tutun və ya salfet ilə ağzınızı örtün. Salfetlərdən istifadə də ətrafa virusun yayılmasının qarşısını ala bilər. Virus kiçik damcılarla ötürülür. Tənəffüs gigiyena qaydalarına ciddi əməl edərək başqalarını SARS, qrip və COVID-19 kimi virus xəstəliklərindən qoruya bilərsiniz.
  • Özünüzü pis hiss edirsinizsə, evdə qalın. Qızdırma, öskürək və ya nəfəs almaqda çətinlik çəkirsinizsə, ən qısa müddətdə həkimə müraciət edin. Yerli sağlamlıq idarənizin göstərişlərinə əməl edin. Bu yolla özünüz barədə tibbi müəssisələri məlumatlandırır və kritik durum zamanı müdaxilənin əsasını qoyursunuz.

Koronavirus əlamətləri hiss etdikdə bunu MÜTLƏQ EDİN

Azərbaycanda koronavirusa yoluxan şəxs ilk olaraq təcili yardımın 103 xidmətinə zəng etməlidir. Daha sonra ev daxilindədirsə, ayrıca otağa keçib ailə üzvlərini yaxına qoymamalı, ağzına maska və ya sadəcə dəsmal bağlamalı, əgər çölə çıxa bilirsə, açıq havaya və geniş sahəyə çıxaraq təcili yardımı gözləməlidir.

Təcili yardım onu Bakıda koronavirus müalicəsi üçün ayrılmış xüsusi klinikalara transfer edəcək, həmin yerdə lazımi analizlər aparılacaq. Cavablar neqativ çıxsa da, yəni sizdə koronavirus aşkarlanmasa da, 7 gün karantin müddətində həkim nəzarətində qalmalısınız.

BAKU.WS