SİZİN REKLAM BURADA!
055 213 76 73


Çinin Uhan şəhərində yayılan və dünyanı qorxuya salan COVID-19 koronavirusuna yeni yoluxma halları sürətlə artır.

BAKU.WS xəbər verir ki, dəhşətli virus bu günə kimi dünya üzrə 79 min 524 nəfərdə qeydə alınıb.

Koronavirus 2593-ü Çində olmaqla ümumilikdə 2626 nəfərin həyatına son qoyub.

Qeyd edək ki, çoxlu sayda insan Çinə səfər etmədən və ya orada səfərdə olmuş şəxslə təmasda olmadan COVID-19 ağ ciyər infeksiyasına yoluxub.

Bəzi infeksiya halları heç cür aydın epidemioloji bağlantı (epidemiya yayılan regionla əlaqə) ilə izah oluna bilmir.

Qeyd edək ki, hazırda dünyanın 25 ölkəsində bu infeksiyaya yoluxma halları təsdiqlənib.

Dünyada COVID-19 koronavirusuna görə ölkələr üzrə yoluxma və ölmə hallarının dəqiq statitikası ilə BURADAN tanış ola bilərsiniz.

BAKU.WS