SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransanın Marsel şəhərində gənc qız bədbəxt hadisə zamanı ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Yayılan məlumata görə, 15 yaşlı məktəbli qız mobil telefonu ilə birlikdə vannaya girib.

Telefon elektrik şəbəkəsinə qoşulu olub.

Ehtiyatsızlıqdan telefon su dolu vannaya düşüb. Bu zaman qızı elektrik cərəyanı vurub.

Onu ağır vəziyyətdə xəstəxanaya aparıblar.

Reanimasiyaya yerləşdirilən gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

BAKU.WS