SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-da Paterson şəhər Polis İdarəsinə türk polis rəis təyin edilib.

BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, türk əsilli Mayk Baykora adlı şəxs xüsusi mərasimdə and içərək vəzifəsinin icrasına başlayıb.

Onun andiçmə mərasiminin türk dilində dua ilə başlaması və Baykoranın əlini müqəddəs Quran kitabına basması diqqətdən yayınmayıb.

Məlumat üçün bildirək ki, Türkiyənin Əskişəhər şəhərində doğulan Mayk Baykora kiçik yaşlarında ailəsi ilə Patersona köçüb və orada böyüyüb.

O, 1988-ci ildən polis təşkilatında çalışır. 2 uşaq atasıdır.

Qeyd edək ki, Paterson türklərin ən çox yaşadığı şəhərdir.

Fərid ƏDALƏT
BAKU.WS
VİDEO

QALEREYA