8 yaşlı Narinin qətli ilə bağlı İLK ETİRAF: "Cəsədini mənə gətirdi, çayın kənarında gizlətdim"
8 yaşlı Narin Güranın ölümü ilə bağlı saxlanılardan biri günahını etiraf edib.
BAKU.WS "Ntv"yə istinadən xəbər verir ki, saxlanılan şəxslərdən biri muxtarın Narinin adlaya bükülü meytini ona verdiyini bildirib.
Daha sonra həmin şəxs muxtarla birlikdə Narini torbaya qoyub və çay yatağında gizlədib.
Qeyd edək ki, avqustun 21-də Quran kursundan qayıdarkən itkin düşən Narin Güran dəfn edilib.
Diyarbəkir Məhkəmə Tibb Ekspertizası İdarəsində aparılan ekspertizadan sonra meyit qohumlara təhvil verilib.
Daha sonra uşağın cənazəsi Tavşantepe Məhəlləsi Qəbiristanlığında dəfn edilib.
Onun öldürülməsinə görə 24 nəfər saxlanılıb. Nəzarətə alınanlar arasında Narin Güranın anası, atası, iki böyük qardaşı, üç əmisi və əmisi S.G.-nin də anası var.
Qalereya
Oxşar xəbərlər
Venesuelada 3 yaşlı uşaq zəlzələdən 6 gün sonra dağıntılar altından sağ çıxarıldı
Venesuelada baş verən dağıdıcı zəlzələlərdən altı gün sonra dağıntılar altından 3 yaşlı oğlan uşağı sağ xilas edilib. BAKU.WS xəbər verir ki, İordaniyadan olan...