SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə yenidən zəlzələ baş verib.

BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, bu barədə Avropa Akdeniz Seysmoloji Mərkəzi məlumat yayıb.

Verilən məlumata görə, yeraltı təkanlar Manisanın Kırkağac rayonunda 4,4 bal gücündə qeydə alınıb.

Zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Elazığda baş verən zəlzələ nəticəsində 41 nəfər ölüb, 2 mindən çox insan yaralanıb.

Bundan sonra Türkiyədə dayanmadan çoxsaylı zəlzələlər baş verir.

BAKU.WS
VİDEO