SİZİN REKLAM BURADA!
055 213 76 73


Qış fəslində hava soyuq olduğu üçün insanlar daha çox yay aylarını sevirlər. Yay aylarında istirahət imkanı daha çox olduğu üçün isə qış fəsli o qədər də arzuolunan deyil.

BAKU.WS xəbər verir ki, yay aylarında dincələ bilməyən, lakin bunu qışda reallaşdırmaq istəyənlər müəyyən şəhərlərə səfər etməklə buna nail ola bilərlər.

Soyuq aylarda yay fəslindəki kimi dincəlmək üçün ideal sayılan şəhərləri təqdim edirik:

Dubay, BƏƏ
Bütün yayı öz ölkəsində keçirən və dayanmadan işləyənlərin Dubaya getmələri tövsiyə olunur. Hazırda orada isti hava hökm sürür, Bakı və digər şəhərlərdə palto geyinən və soyuqdan şikayət edənlərin Dubayda yenidən yay fəslini yaşamaq imkanı var. Dubayda yanvar ayında temperatur +22 ilə +25 arasında dəyişir.
Dubayda sizi göydələnlər, alış-verişlər, Fars körfəzinin möhtəşəm çimərlikləri, müasir sənət dünyası və ya müsəlman modası gözləyir. Son bir neçə ildə burada bir çox maraqlı tikililər ucaldılıb.

Monteneqro
Monteneqroya payızda getmək mümkün və arzuolunandır. Çünki havanın temperaturu +35 dərəcədən yuxarı qalxmadıqda gözəl təbiəti görmək imkanı yaranır, meşə yanğını ilə toqquşma təhlükəsi olmur, çimərliklərdə insanlar çox olmur, bazarlarda əncir və üzüm almaq şansı yaranır.
Yorucu isti havanın olmaması o deməkdir ki, siz bütün günü çarəsiz haradasa uzanmayacaqsınız və maraqlı yerlərə gedə biləcəksiniz.
Çetinje - heç kimin dənizdən çıxmaq istəmədiyi Monteneqronun mədəniyyət paytaxtıdır. Burada Monteneqro Milli Muzeyinə və Çetinje Monastırına gedə, ölkənin ən qədim kitabxanalarına baxa, Təsviri İncəsənət fakültəsi və Drama fakültəsi tələbələrinin, habelə Monteneqro Universitetinin Musiqi Akademiyasının tələbələrinin yaradıcılığı ilə tanış ola, ingilis və fransız üslubunda olan parklarda gəzə bilərsiniz.

Agadir, Mərakeş

Mərakeşə qışda getmək heç də pis fikir deyil. Çünki hazırda Agadir şəhərində +25 dərəcə hökm sürür. Bu şəhərin çimərliyindən əlavə müxtəlif heyvanların - kenquru, dəvə, tovuz quşları və digərlərinin yaşadığı "Domaine Villate Limoune" təbiət fermasına baş çəkə bilərsiniz. Yaxud şəhərin mərkəzi bazarı sayılan Suk əl-Hədə gedərək ahıl insanlardan saxsı qablardan tutumuş yağ, zeytun, xurma və portağallara qədər hər şey ala bilərsiniz.

Nitsa, Fransa
İstidən başınız fırlanırsa, bədəninizi günəşə vermək sizin üçün qorxuludursa, o zaman Nitsaya üz tuta bilərsiniz. Həmin vaxt orada günəş yandırmır, amma hava yaxşı olur. Temperatur + 22 ilə + 25 arasında dəyişir.
Nitsa şəhərində Təsviri İncəsənət Muzeyinə gedə və ya 3,5 mindən çox bitkinin təqdim olunduğu Nəbatat bağında gəzə bilərsiniz. Yürüşü sevənlərə köhnə şəhəri, arxeologiya həvəskarlarına Ailə dairəsinə baxmaq və qladiator döyüşləri üçün arenanı, qədim hamam kompleksini və qədim binaların qalıqlarını araşdırmaq tövsiyə olunur. Bu şəhərdəki tətilin ən böyük üstünlüyü qonşu Kann və Monakoya gedərək tətilinizi daha da intensiv etmək imkanıdır. Şəhərlər bir-birindən cəmi 30 dəqiqə məsafədə yerləşir. 

Soçi, Rusiya
Günəşin son şüalarını tutmağın ən asan yolu Soçiyə yollanmaqdır. Soçidə ödənişli günəş yastıqları olan və suya komfortlu çıxışı olan çimərliklər çox da rast gəlinmir. Ancaq burada sərgüzəştlərlə istirahət edə bilərsiniz. Çadırda qalmaq, hər axşam qürubda axşam yeməyi və pula qənaət də öz yerində.
Təbiət həvəskarlarına Dendrariyə baxmaq tövsiyə olunur, burada yayı tam hiss edə bilərsiniz. Və ya şəlalələri seyr etməyə gedə bilərsiniz. Seçim üçün Aqurski şəlaləsi var - turistlər arasında çox populyardır.

BAKU.WS