055 213 76 73
Rusiyanın baş naziri Dmitri Medvedev hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putin bu addıma görə hökumət üzvlərinə təşəkkür edib. O, hökumətin istefa verən üzvlərinin hər biri ilə görüşəcəyini bildirib. Lakin, hələlik onların öz vəzifələrini icra etməsini xahiş edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətində ölkə Konstitusiyasına dəyişikliklər və bununla bağlı ümumxalq səsverməsinin keçirilməsini təklif edib.
Rusiya dövlət başçısının Konstitusiyaya bağlı dəyişikliklər təklifinə əsasən, ölkə prezident respublikası olaraq qalır, lakin idarə sistemində parlamentin rolu artırılır, məşvərətçi orqan olan Dövlət Şurası dəyişikliklərdən sonra konstitusional orqan olacaq. Bütün bunların 2024-cü ildə Rusiyada keçiriləcək növbəti prezident seçkilərinə kimi həyata keçirilməsi ehtimal olunur.
Bu dəyişikliklərin fonunda hökumət istefaya getməli olub.
BAKU.WS