SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərə və Almaniya İranın İraqdakı ABŞ hərbi bazalarına ballistik raketlə hücumu ilə bağlı açıqlama yayıblar.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İngiltərə Xarici İşlər naziri Dominik Raab hücuma görə İranı qınayıb.

O, tərəfləri təcili olaraq gərginliyin azaltmağa çağırıb:

“Yaxın Şərqdə müharibə yalnız İŞİD və digər terror təşkilatlarının işinə yarayar”.

İngiltərə Müdafiə Mazirliyi də açıqlama yayaraq vurulan ABŞ bazalarında ingilis hərbiçilərin zərər görmədiyini bildirib.

Almaniya Müdafiə naziri Anneqret Kramp Karrenbauer də hücumu qınayıb və gərginliyin azaldılması üçün bütün imkanlarını isifadə edəcəyini deyib. Karrenbauer də alman əsgərlərin zərərgörmədiyini açıqlayıb.

Qeyd edək ki, İran general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ bazasına etdiyi hücumda 80 amerikalı hərbiçinin öldürüldüyünü açıqlayıb.

BAKU.WS