SİZİN REKLAM BURADA!
055 213 76 73


İranın İslam İnqilabı Keşikçiləri Korpusu dünən gecə ABŞ-ın İraq ərazisindəki hərbi bazalarına 35 ballistik raket atıb.

BAKU.WS xəbər verir ki, İran tərəfi atılan 35 raketdən 22-nin hədəfə çatdığını açıqlayıb.

Məlumata görə, 22 raketdən 17-i "Əyn əl-Əsəd" hərbi-hava bazasına düşüb, 5 raket isə Ərbildəki hərbi bazaya atılıb.

İraq mediası İran ordusunun atdığı və hədəfə çatmayan ballistik raketlərin fotolarını yayıb. Ballistik raketlər Əl-Ənbar vilayətində yerləşən "Əyn əl-Əsəd" bazasının yaxınlığındakı Hit şəhərinə düşüb.

BAKU.WS
VİDEO

QALEREYA