SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərədə növbədəkənar parlament seçkilərində 368 mandat qazanaraq təkbaşına iqtidarı əldə edən Mühafizəkarlar Partiyasının Brexit üçün səs çoxluğu qazanıb.

BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, seçkidən sonra danışan Baş nazir və Mühafizəkarlar Partiyasının lideri Boris Conson Brexiti həyata keçirmək üçün yeni və güclü səlahiyyət əldə etdiyini bildirib.

Conson seçki nəticəsinin ingilis xalqının demokratik iradəsinə hörmət, ölkəni daha yaxşı vəziyyətə gətirmək və bütün xalqın potensialını ortaya çıxarmaq şansı verən tarixi bir seçkidir.

Qeyd edək ki, 650 mandatlı Böyük Britaniya İcmalar palatasında 368 mandat qazanan Mühafizəkarlar Partiyası digər partiyaların dəstəyi olmadan da Brexit layihəsini qəbul edə biləcək. Bununla da İngiltərə 31 yanvar 2020-ci ildə Avropa İttifaqından ayrılmış olacaq.

Fərid ƏDALƏT
BAKU.WS