SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Lipetsk bölgəsində məşhur reperlər HammAli və Navai ilə bağlı insident baş verib.

BAKU.WS xəbər verir ki, konsertdən sonra sənətçilərin olduğu avtomobilə Lipetskdən Moskvaya geri qayıdarkən naməlum şəxslər tərəfindən güllə atılıb. 

Super.ru nəşri sənətçilərə istinadən yazır ki, əslən azərbaycanlı olan reperlərin əvvəlcə konserti klubda partlayıcı qurğu olması məlumatına görə pozulub.

Konsertdən sonra reperlərin avtomobili izlənilib. Atəş səsləri avtomobildəki videoqeydiyyatçı tərəfindən görüntülənib.

Hadisədən sonra sənətçilər polisə ərizə yazıblar. Rusiya Daxili İşlər Nazirliyinin Lipetsk vilayətindəki mətbuat xidmətindən verilən məlumata görə, Stanovlyansky rayonundakı Daxili İşlər Nazirliyinin əməkdaşları yol qəzası faktı ilə bağlı məlumatı qeydə alıblar.

BAKU.WS
VİDEO