SİZİN REKLAM BURADA!
055 213 76 73


İŞİD terror təşkilatının yeni lideri, Hamid Şakir Saba əl-Bədri İraqın Kərkük şəhərində yaxalanıb. 

BAKU.WS "əl-Ərəbiyə" telekanalına istinadən xəbər verir ki, "İbn Haldun" ləqəqbli terrorçu İraqın xüsusi təyinatlıları tərəfindən ələ keçirilib. 

İŞİD-in yaxalanan yeni lideri İraqın Səlahəddin vilayətindəki "əmir"i hesab olunur və Bağdadinin öldürülməsindən sonra ən çox axtarılan şəxslərdən biri idi.

Qeyd edək ki, Hamid Şakir Saba əl-Bədri İŞİD terror təşkilatının öldürülmüş lideri Əbu Bəkr əl-Bağdadinin əmisi oğludur və uzun müddət müavini olub.

BAKU.WS