SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ prezidenti Donald Trampa məxsus xeyriyyəçi Tramp Vəqfi siyasi və kommersiya məqsədli fəaliyyətinə görə 2 milyon dollar cərimələnib. 

BAKU.WS
CNN-ə istinadən xəbər verir ki, bu barədə Nyu-York Məhkəməsinin hakimi Salian Skarpulla (Saliann Scarpulla) qərar çıxarıb. 

Məhkəmə qeyri-qanuni fəaliyyətinə görə fondu cərimələməklə yanaşı, onun bağlanması barədə də hökm verib. 

Qeyd edək ki, Nyu-York Baş Prokurorluğu ötən il ABŞ prezidenti Donald Tramp və ailəsinə qarşı qaldırdığı iddiada 2,8 milyon dollar tələb irəli sürmüşdü.
BAKU.WS