VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Başına 5 milyon dollar qoyulan "Əl-Qaidə" terrorçusu Camal Əhməd Məhəmməd Əli əl-Bədəvi öldürülüb.


BAKU.WS  xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində yazıb.


"Bizim çox gözəl hərbçilərimiz "Koul" esminesinə qorxaq hücum zamanı həlak olan və zərər çəkən qəhrəmanlarla bağlı ədaləti bərpa etdilər. Biz indi bu hücuma rəhbərlik etmiş Camal əl-Bədəvini öldürdük. Radikal Islamçı Terrorizminə qarşı mübarizəmiz davam edir", - deyə Tramp yazıb.



Qeyd edək ki, Əl-Bədəvi FTB-nin ən çox axtardığı terrorçulardan biri hesab edilirdi. Onun tapılması üçün informasiya verən şəxsə 5 milyon dollar mükafat vəd olunmuşdu.


BAKU.WS