SİZİN REKLAM BURADA!
055 213 76 73


İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi Suriyanın İdlib əyalətindəki terrorçuları pul müqabilində orada saxlayıb. 

BAKU.WS
xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb. 

Nəşrin yazdığına əsasən, əl-Bağdadinin qətlə yetirildiyi yerdə aşkar edilmiş qəbzlər bunu deməyə əsas verib. 

Qəbzlərin İŞİD terror təşkilatının mühasibat şöbəsinə aid olduğu deyilir. Onlar 2017-ci ilin əvvəlindən 2018-ci ilin ortalarına qədər çap edilib. Yoxlamalardan məlum olur ki, əl-Bağdadi "Əl-Qaidə"nin hərbi qolu "Xürrəs əd-Din" terrorçularına ən azı 67 min dollar ayırıb. 

Pul təhlükəsizlik və media avadanlıqlarına, əmək haqqı və logistikaya sərf olunub. Qəbzlər İŞİD-in Təhlükəsizlik Nazirliyinin möhürü altında verilib və terrorçular tərəfindən imzalanıb.
BAKU.WS