SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Nümayəndələr Palatası Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlara görə rəsmi Ankaraya qarşı sanksiyalar layihəsini təqdim edib.

BAKU.WS-in məlumatına görə, qanun layihəsi Konqres üzvü Liz Çeyni və 90-dan artıq respublikaçı tərəfindən təqdim edilib.

Konqresmenlər Türkiyə prezidenti, vitse-prezidenti, müdafi naziri, XİN rəhbəri və digər yüksək vəzifəli məmurlar da daxil olmaqla bu ölkənin rəsmi şəxslərinə qarşı sanksiyalar tətbiq etməyi təklif edirlər.

Bundan əlavə, qanunvericilər Türkiyə Silahlı Qüvvələrinə maliyyə, maddi və ya texnoloji dəstək verən hər bir xarici vətəndaşa qarşı sanksiyaların tətbiq edilməsini təklif edirlər.
BAKU.WS