VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Suriyada antiterror əməliyyatı keçirən Türkiyəyə qarşı sanksiyaları elan edib.

BAKU.WS “Habertürk”ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın imzaladığı sanksiya siyahısına Türkiyənin Mülli Müdafiə naziri Hulusi Akar, Daxili İşlər naziri Süleyman Soylu, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz daxil edilib.

Bundan başqa, Milli Müdafiə Nazirliyi ilə Enerji və Təii Sərvətlər Nazirliyinə də sanksiya tətbiq edilib.

Ağ Evdən bildirilib ki, Türkiyə əməliyyatlara davam edəcəyi müddətdə maliyyə qurumlarına da sanksiyalar tətbiq ediləcək.

Tramp isə bildirib ki, Türkiyə ilə aparılan 100 milyard dollarlıq ticarət danışıqları da dayandırılacaq. O, Türkiyə iqtisadiyyatını sürətlə məhv etməklə də təhdid edib.
BAKU.WS