Türkiyə ordusunun dünən “Barış Pınarı” adlı antiterror əməliyyata başlamasına cavab olaraq PKK/YPG terrorçuları Türkiyənin sərhəd bölgəsindəki kənd və qəsəbələri atəşə tutublar.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, terrorçuların Şanlıurfanın Akçakale, Birecik və Ceylanpınar qəsəbələrinə, Mardinin isə Nusaybin qəsəbəsinə top atılıb.

Top atışlarının yaşayış məntəqələrinə düşməsi nəticəsində Nusaybində 5, Ceylanpınarda 2 və Birecikdə 2 nəfər olmaqla, ümumilikdə 9 nəfər yaralanıb.

Hücum nəticəsində bir neçə evdə dağıntılar olub.

Məlumata gör, təkcə Nusaybinə 130 raket zərbəsi endirilib. Onların bir çoxu isə boş ərazilərə düşüb.

Qeyd edək ki, bu bölgələrdəki məktəblərdə dərslər iki günlük dayandırılıb.
BAKU.WS