700 bölümdən sonra "Simpsonlar"dan ayrıldı
21
noy
2024
16:25
Dünyada geniş tamaşaçı auditoriyası olan "Simpsonlar" (The Simpsons) serialının dublyajçısı Pamela Hayden ekran işindən ayrılır.
BAKU.WS xəbər verir ki, serialda Bartın dostu Milhauz Van Houteni səsləndirən Pamela artıq 35 ildir ki, bu işlə məşğul olduğunu bildirib.
O "Simpsonlar"ın 700 bölümündə səsləndirmə edib.
Pamela, Millhauzla yanaşı, Cimbo Cons, Rod Flanders və Malibu Stacy kimi obrazların da dublyajını edib.
Onun səsləndirmə etdiyi son bölüm "Treehouse of Horror Presents: Simpsons Wicked This Way Comes" adlanır.
Ekran işi noyabrın 24-də tamaşaçılara təqdim olunacaq.
Oxşar xəbərlər
Ukraynadan Rusiyaya rekord PUA hücumu: Bir gecədə 822 dron vuruldu
Ukrayna avqustun 16-na keçən gecə Rusiyaya qarşı 2026-cı ilin ən genişmiqyaslı PUA hücumunu həyata keçirib. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Naz...