7 dəfə mutasiyaya uğrayan "H3N2" qrip virusu Türkiyədədir
Ən az 7 dəfə mutasiyaya uğrayan "H3N2" qrip virusu artıq Türkiyədədir.
BAKU.WS xəbər verir ki, həkim-infeksionistlər bunun əsasən yaşlılar və xroniki xəstəliyi olanlar üçün daha təhlükəli ola biləcəyini açqılayıblar.
Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Mütəxəssisi Gökçe Demir "H3N2" virusunun klinik təzahürünün əsasən donuz qripinə bənzədiyini bildirib.
O, bu il oynaq ağrısı və 40 dərəcə qızdırma ilə müşayiət olunan halların artdığını qeyd edərək, xəstələrdə şiddətli baş ağrıları və quru öskürəyin əsas simptomlar olduğunu əlavə edib.
Həkim bu qripin daha çox 65 yaşdan yuxarı insanlar üçün təhlükəli ola biləcəyini vurğulayıb:
"Virus müəyyən yaş qruplarında daha ağır olur, 65 yaşdan yuxarı şəxslərdə, hipertoniya və diabet xəstələrində, astma kimi xroniki ağciyər xəstəlikləri olanlarda xəstəliyin ağır pnevmoniyaya çevrilə bilir. Bu hallarda tənəffüs çatışmazlığına doğru irəliləyən ciddi vəziyyətlərin müşahidə edilə bilər.
Demir ən təsirli qorunma üsulunun qrip peyvəndi olduğunu bildirib və peyvənd olunmaq üçün hələ gec olmadığını əlavə edib.
O, həmçinin əl gigiyenasının vacibliyini vurğulayıb və insanların, xüsusən də risk qrupundakıların ictimai nəqliyyatda maska taxmalarını tövsiyə edib.
Oxşar xəbərlər
Qızı tərəfindən öldürülən müğənninin məzarından FOTOLAR YAYILDI
Qızı tərəfindən öldürülən müğənni Güllünün Tuzlada yerləşən məzarından fotolar yayılıb. BAKU.WS xəbər verir ki, sənətçinin qəbrinə gələnlər oraya xeyli gül-çiç...