SİZİN REKLAM BURADA!
055 213 76 73


İran nüvə sazişinin öhdəliklərini yerinə yetirmək üçün yeni şərtini irəli sürüb.

BAKU.WS TRT-yə istinadən xəbər verir ki, İran xarici işlər nazirinin müavini Abbas Arakçı bunun üçün ABŞ-ın sanksiyaları səbəbindən sata bilmədiyi neft qarşılığında Avropa ölkələrinin 15 milyard dollarlıq kredit təmin etməsini istəyib:

“Nüvə razılaşmasının şərtlərini yerinə yetirməyimiz üçün neft satmağımıza icazə verilməli və ya kredit təmin edilməlidir. Əks təqdirdə, müqavilədəki öhdəliklərin çoxuna əməl edilməyəcək. Nüvə sazişinə sadiq qalmağımız 4 ay ərzində 15 milyard dollar almağımızdan asılıdır. Avropa ya İrandan neft satın almalı, ya da neft gəlirimiz qədər kredit verməlidir”.
BAKU.WS