SİZİN REKLAM BURADA!
055 213 76 73


“İran Nüvə Anlaşması danışıqları masasına geri qayıtmayacaq”.

BAKU.WS DHA-ya istinadən xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmhani bildirib.

O deyib ki, İran ABŞ-ın təzyiqlərinə təslim olmayacaq və Nüvə Anlaşması danışıqları masasına geri qayıtmayacaq:

“Sanksiyalar danışıqlar aparmaq üçün deyil, təslim olmağımız üçün edilir. Bu yanaşma ABŞ tərəfindən davam etdirildiyi müddətdə, İran heç bir zaman müzakirə aparmayacaq”.

Fərid ƏDALƏT
BAKU.WS