SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri çərçivəsində “SU-57” döyüş təyyarələrinə baxış keçirdikdən sonra açıqlamalar gəlməyə başlayıb.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlqı Xidmətinin direktoru Dimtri Şuqayev Türkiyə rəsmiləri ilə “SU-35” və “SU-57” ilə bağlı görüşmələr keçirildiyini bildirib.

O, hələlik Türkiyə tərəfindən rəsmi təkliflər gəlmədiyini söyləyib.

Şuqayev Türkiyənin yerli 5-ci nəsil yerli təyyarəsi “TF-X”nin daha da inkişaf etdirilməsi istiqamətində dəstək verə biləcəklərini də söyləyib.
BAKU.WS