SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniya Federal Ədliyyə Dairəsi “Facebook” şirkətini 2 milyon avro miqdarında cərimələyib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qərara görə, “Facebook” İnternet Tətbiqi Qanununu pozub.

Almaniya Ədliyyə naziri Kristin Lambrext bildirib ki, “Facebook”da nifrət, təhqir, xalq arasında kin və ədavət çağırışları yayılıb və bunlar düşüncə azadlığı ilə izah edilə bilməz:

“Bunlar təhrikedici və zərərli mövqelərdir. Cinayət tərkibli məsələlərə mbarizədə heç bir şey gizli qalmamalıdır. “Facebook”dan şəffaflıq və qanunlara riayət etməsini özləyirəm”.

Fərid ƏDALƏT
BAKU.WS