SİZİN REKLAM BURADA!
055 213 76 73



Braziliya məhkəməsi "Facebook" şirkətini 33 milyon dollar cərimələyib.

BAKU.WS "Reuters"ə istinadən verdiyi məlumata görə, şirkətin cərimələnməsinə ölkə hakimiyyəti ilə korrupsiya ilə bağlı işin araşdırılmasında əməkdaşlıq etməməsi səbəb olub.

Məlumata əsasən, 2016-cı ildə şirkət korrupsiya işinə cəlb edilən insanların "WhatsApp" messenceri ilə danışıqlarını məhkəməyə təqdim etməyib.

Qeyd edək ki, "WhatsApp Inc." 2014-cü ilin fevral ayından "Facebook"a məxsusdur.

Nihat HÜSEYNZADƏ
BAKU.WS