SİZİN REKLAM BURADA!
055 213 76 73


Oman körfəzində iki tanker partlayıb.

BAKU.WS “Euronews”a istinadən xəbər verir ki, yanan “Kokuka Courageous” adlı tankerin Panama, “Front Altair” adlı tankerin isə Marşal Adaları bayrağı altında üzdüyü bildirilir.

Hadisədən sonra iki gəmidəki ümumilikdə 44 nəfər İran sahil mühafiəzi xidməti tərəfindən xilas edilib.

“Kokuka Courageous” tankerinin Səudiyyə Ərəbistanından Sinqapura methanol daşıdığı açıqlanıb. Məlumata görə, tanker naməlum şəkildə gövdəsindən zərbə alıb.

Tankerlərin hücuma məruz qaldığı ehtimalı üzərində araşdırma aparılır.

Qeyd edək ki, bu hadisədən sonra neftin qiyməti 4 faiz artıb.

Fərid ƏDALƏT
BAKU.WS
QALEREYA