SİZİN REKLAM BURADA!
055 213 76 73


İsveçrənin Sürix şəhərində 60 yaşlı silahlı şəxs 2 qadını girov götürüb.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, hadisə yerinə polis cəlb edilib.

Silahlı polislərin ərazini tərk etməsini tələb edib. Əks təqdirdə girovları öldürəcəyəyini bildirib. Aparılan 3 saatlıq psixoloji söhbətdən sonra o, girovları buraxacağını və təslim olacağını söyləyib. Lakin, az sonra içəridən 3 dəfə atəş səsi eşidilib.

Polislər içəri daxil olduqda girovları və yaşlı kişini qan içində yerdə aşkar ediblər. Hər üç yaralı hadisə yerində ölüb.

Hazırda hadisənin səbəbi araşdırılır.
BAKU.WS