SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın fitnes üzrə çempionu Pyotr Kuşka rusiyalı aparıcı Andrey Malaxovun "Pryamoy efir" («Прямой эфир») verilişində 34 ildən sonra doğma anasını tapıb.

BAKU.WS xəbər verir ki, idmançı uzun illər onu uşaq evinə verən doğma anasını axtarıb. Övladını uşaq ikən atan ananın adı Svetlana Savko, atasının adı isə Elbrusdur.

34 yaşlı çempion Pyotr Kuşka çox xoşbəxt uşaq olub - təhsil alıb, idmanla məşğul olub və valideyn sevgisi ilə əhatə olunub. Sonradan onun ögey övlad olması üzə çıxıb. Belə ki, Kuşkanı övladlığa götürən Olqa Vasilyevna onun həyat yoldaşı Marinaya bu sirri açıb. Marina isə özünü saxlaya bilməyib, bütün baş verənləri Pyotra olduğu kimi söyləyib.

Həyat yoldaşının sözlərindən sonra o, təkbaşına araşdırmalarına başlayıb, lakin heç bir nəticə əldə edə bilməyib. Bu halda o, doğma anasının axtarışı üçün "Andrey Malaxov. Pryamoy efir" («Андрей Малахов. Прямой эфир») verilişinə müraciət edib. Layihə əməkdaşlarının axtarışları nəticəsində Pyotru dünyaya gətirən Svetlana Savko tapılıb. Savko studiyaya girərək oğlunun ayaqlarının altına düşüb. Baş verənlər izləyiciləri çox təsirləndirib. 

Hüseyn Məmmədsalahov
BAKU.WS