3600 illik ağaca niyə "Musa ağacı" deyirlər?
Türkiyədə, Hatayın Hıdırbəy rayonunda yerləşən çinar ağacını Həzrəti Musanın əkdiyi güman edilir.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən də ağac yerli xalq tərəfindən "Musa ağacı" kimi tanınır.
Gövdəsinin eni 7,5 metr, hündürlüyü 17 metr olması ilə bölgənin simvoluna çevrilən "Musa ağacı" təbii gözəlliyi ilə ölkənin hər yerindən gələn ziyarətçilərin diqqətini çəkir.
Zəlzələdən əvvəl ildə 150 min insanın ziyarət etdiyi çinar köhnə günlərdə olduğu kimi ziyarətçilərlə dolub-daşır.
Məhəllədə yaşayan Səlahəddin Yeter Kahramanmaraş və Hatay zəlzələlərindən sonra uzun müddət ziyarətçisi olmayan çinarın yenidən diqqət çəkməyə başladığını bildirib.
Qalereya
Oxşar xəbərlər
FT: ABŞ Hörmüz boğazında dörd ay gizli minatəmizləmə əməliyyatı aparıb
ABŞ Hərbi Dəniz Qüvvələri son dörd ay ərzində Hörmüz boğazında gecə saatlarında gizli minatəmizləmə əməliyyatları həyata keçirib. BAKU.WS "Financial Times" qəze...