SİZİN REKLAM BURADA!
055 213 76 73


Cənubi Koreya polisi dərman istehsalçısından “otkat” almaqda şübhəli bilinən 1000-dən çox həkimlə bağlı araşdırmalara başlayacaq.

“Report” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Seul polisi məlumat yayıb.

Qeyd edilib ki, həkimlərin “Korean Drug Co” şirkətindən adambaşına bir neçə milyondan on milyonlarla vona qədər “otkat” aldığına dair halların olduğunu təsdiqlənib.

Korrupsiyada şübhəli bilinən həkimlərlə bağlı araşdırmalara başlanılacaq.

BAKU.WS