SİZİN REKLAM BURADA!
055 213 76 73


Norveç və İrlandiyanın Fələstin dövlətini tanımasından sonra İsrail hər iki ölkədəki səfirlərini geri çağırıb. 

Bu barədə İsrailin xarici işlər naziri İsrael Katz "X" hesabında bildirib.

Onun sözlərinə görə, bu ölkələrin Fələstini tanımağı planlaşdırdığına dair xəbərlərin ortaya çıxmasından sonra İsrailin İrlandiya və Norveçdəki səfirlərini dərhal məsləhətləşmələr üçün geri çağırıb.

"Mən İsrailin İrlandiya və Norveçdəki səfirlərinin Fələstin dövlətini tanımaq qərarları fonunda məsləhətləşmələr üçün dərhal geri çağırılmasını əmr etdim.Avropa ölkələrinin bu cür qərarları dəhşətli nəticələrə səbəb olacaq. 

Əgər İspaniya Fələstin dövlətini tanımaq planlarını həyata keçirsə, ona qarşı da oxşar addım atılacaq".

Qeyd edək ki, Norveç hakimiyyəti Fələstin dövlətini mayın 22-də tanıyıb.

BAKU.WS