SİZİN REKLAM BURADA!
055 213 76 73


Danimarkada ölkənin ikinci ən böyük hava limanı olan Billund Beynəlxalq Hava Limanında bomba təhlükəsi ilə bağlı bir şübhəlinin həbs edildiyi bildirilib.

Təhlükədən sonra Danimarkanın mərkəzi qərbindəki hava limanı boşaldılıb və uçuşlar ləğv edilib.

Polis müfəttişi Maykl Vays açıqlamasında "Evakuasiya sakit və gözlənildiyi kimi davam etdi və sərnişinlər bizim göstərişlərimizə əməl etdilər" deyib.

Polis hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

Yerli media bildirir ki, polis hava limanı hadisəsi ilə yaxınlıqdakı Legoland əyləncə mərkəzində səhər tezdən bankomat partlaması arasında potensial əlaqəni araşdırır.//Apa

BAKU.WS