SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Teylor Sviftin fanatları dələduzluqla üzləşib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sənətçinin pərəstişkarları onun konsert saxta biletlərinə artıq pul verərək ümumilikdə 1 milyon funt-sterlinq ziyana düşüblər.

Bu barədə Lloyd Bankı məlumat yayıb. Açıqlamada qeyd edilib ki, 600-dən artıq müştəriyə qarşı dələduzluq edilib. Bu rəqəm ümumi Britaniya ərazisindən 3 000-dən çox adamı keçib.

Svift 15 konsert verəcək. 7 iyunda Edinburqda başlayan konsertə 1.2 milyon musiqisevərin qatılması gözlənilir.

Biletlər limitli sayd satışa çıxarıldığından konsertdə iştirak etmək istəyənlər onu "qara bazar"dan əldə etməyə çalışıblar. Buda ki, normal bilet qiymətindən iki-üç dəfə çoxdur. Biletlərə artıq pul ödəyən fanatlar öz büdcələrinə xeyli zərər vurublar.

BAKU.WS