SİZİN REKLAM BURADA!
055 213 76 73


“Facebook”, “Instagram” və “Threads” sosial media platformalarını ehtiva edən Meta şirkəti 29 Aprel tarixindən etibarən Türkiyədə “Threads”i müvəqqəti bağlayacaq.

BAKU.WS xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

"Threads tənzimləmə qərarı səbəbindən artıq Türkiyədə mövcud olmayacaq. Türkiyə Rəqabət Qurumunun qərarına əsasən, Threads 29 aprel 2024-cü il tarixindən etibarən Türkiyədə mövcud olmayacaq. Threads profili deaktiv ediləcək, lakin siz istənilən vaxt məlumatlarınızı endirə və profilinizi silə biləcəksiniz”.

Xatırladaq ki, Rəqabət Təşkilatı, META-ya qarşı başladılan istintaqda müvəqqəti qadağan və gündəlik 4,8 milyon lirə cərimə tətbiq edilməsinə qərar verildiyini açıqlamışdı.

Metanın İnstaqram hesabları əsasında Threads profilləri yaradan istifadəçilərin təsdiq seçimi təklif etmədən məlumatlarını birləşdirdiyi, istintaq başa çatana qədər bərpası mümkün olmayan ziyanlara yol açacağı bildirilmişdi.

BAKU.WS