SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin "Baykar Savunma" şirkətinin texniki direktoru, "Bayraktar" pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlcuk Bayraktar onu təhqir edən PKK tərəfdarı holland əsilli Frederik Qirdinkə türk və kürdcə cavab verib.

BAKU.WS xəbər verir ki, o bu barədə "X" hesabında paylaşım edib.

Bayraktar paylaşımında bunları qeyd edib:

"Bura Türkiyədir. Əsrlər boyu türklərlə kürdlərin qardaş kimi yaşadığı yer."

Qeyd edək ki, Qirdink 2015-ci ildə Hakkarinin Yüksekova rayonunda "silahlı terror təşkilatına yardım etdiyi" üçün saxlanıldıqdan sonra deportasiya edilib.

BAKU.WS