SİZİN REKLAM BURADA!
055 213 76 73


Avstraliyanın Sidney şəhərindəki ticarət mərkəzində naməlum şəxsin bıçaqla insanlara hücumu nəticəsində 5 nəfər ölüb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı 9 nəfərin yaralandığı bildirilib. Onlardan bəzilərinin vəziyyəti kritikdir.

Xatırladaq ki, Avstraliyanın Sidney şəhərinin Bondi-Cankşen ərazisində yerləşən ticarət mərkəzində atışma və bıçaqlanma hadisəsi baş verib.

Hücum edən şəxs yerindəcə polis tərəfindən zərərsizləşdirilib.

BAKU.WS
QALEREYA