SİZİN REKLAM BURADA!
055 213 76 73


Ekvadorda baş verən iğtişaşlarda neçə nəfərin öldüyü məlum olub

Ekvadorda silahlı iğtişaşlar zamanı azı on nəfər həlak olub.

Bu barədə ölkənin Milli Polis İdarəsi məlumat yayıb.

Həlak olanlar arasında hüquq mühafizə orqanının iki əməkdaşı da var. 

“Bu gün axşam saatlarında Quayas əyalətinin Nobol şəhərində iki həmkarımız silahlı cinayətkarlar tərəfindən vəhşicəsinə öldürülüb”, – polisin X sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirib.

Bundan əvvəl Ekvador prezidenti genişmiqyaslı üsyana başlayan silahlı yaraqlılarla mübarizə üçün ordunu səfərbər edib. Silahlı Qüvvələrinin Ali Baş Komandanı 20-dən çox cinayətkar qruplaşma ilə danışıqlara getmədən zərərsizləşdirilməsi barədə göstəriş verib. 

BAKU.WS