SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Silahlı Qüvvələri (AFU) Voronej vilayətinin Borisoqlebsk şəhərindəki Çkalov adına aviasiya təlim mərkəzinə hücuma cəhd edib.

Bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Təhsil müəssisəsinə Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı (PUA) hücum edib. Birincisi gecə saat üç radələrində dördüncü mərtəbədəki aviasiya mərkəzinin binasının fasadına çırpılıb. Təxminən bir saat sonra ikinci dron binaya dəyib.

Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində xəsarət alan olmayıb. Pilotların hazırlığı mərkəzinin fasadı zədələnib, binanın şüşələri sınıb.

Bu arada Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin Voronej vilayətində iki pilotsuz uçan aparatın qarşısını aldığı açıqlanıb. Daha iki PUA Belqorod vilayətinin üzərində səmada vurulub.

BAKU.WS
VİDEO